Ev Dünya “Twitter” siyasi reklamları qadağan etdi

“Twitter” siyasi reklamları qadağan etdi

2

Milyonlarla istifadəçisi olan məşhur sosial şəbəkə “Twitter” gələn aydan etibarən siyasi reklamları qadağan edəcək.

Bu barədə məlumatı şirkətin icraçı direktoru Cek Dorsi yayıb.

O, qərarın tək ABŞ-da deyil, bütün dünyada keçərli olacağını deyib.

“Biz “Twitter”də siyasi mövzularda olan bütün reklamları dayandırmaq qərarına gəldik. Biz inanırıq ki, siyasi məlumat pulla alınmalı deyil, layiq olanlar tərəfindən qazanılmalıdır”.

Analitiklər, noyabrın 22-də qüvvəyə minməsi nəzərdə tutulan qadağanın şirkətin fəaliyyətini önəmli dərəcədə azaldacağını gözləmirlər.

Qeyd edək ki, “Twitter” və rəqibi “Facebook” da daxil olmaqla sosial media şirkətləri seçkiləri yönləndirə biləcək yalan məlumatlar yayan reklamları dayandırmaq üçün artan təzyiqlərlə üzləşirlər.

Bu ayın əvvəlində Facebook-un direktoru Mark Zukerberq siyasi fikirləri boğmaq istəmədiyini bildirərək şirkətinin siyasətini müdafiə etdi.

Cek Dorsi yazırdı ki, reklamlara pul ödəmək siyasətə vacib risklər gətirir, bu da milyonlarla insanın həyatına təsir edəcək səsləri dəyişmək üçün istifadə edilə bilər.

“Twitterin məqsədi yanlış məlumatları yaymağın qarşısını almaqdır desələr, inandırıcı olmaz, amma kimsə bizə insanları siyasi reklamları görməyə məcbur etməyimiz üçün pul ödəyirsə, olsun, istədiklərini deyə bilərlər!”, – deyə C. Dorsi qeyd edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here