Ev Siyasət Özünü “oda-közə vuran” adam: Osman Gündüzün qunduzla nə əlaqəsi?

Özünü “oda-közə vuran” adam: Osman Gündüzün qunduzla nə əlaqəsi?

13

El arasında çox işləyən, zəhmətkeş olub pul qazanana “özünü oda-közə vuran” adam deyilir. Belə adamlar təbii ki, hörmətli olur. Ancaq elə adamlar da var ki, zəhmətsiz, əziyyətsiz qazanmaq istəyir. Belələri özünü yaxşı kimi camaatın gözünə soxmaq istəyir, ancaq çox az adam bilir ki, bu “özünü oda-közə vurma” el dili ilə deyiləndən deyil. Bunun adı qarayaxmayla şantajla pul qazanmaq da yox, reketçilikdir! Belə adamların bir tək məsqədi var, pul, pul, pul! Onlar üçün ali dəyərin adı puldur, qarantdır. Bu tip insanlara misal olaraq ölkəmizdə özünü informasiya texnologiyaları üzrə ekspert kimi təqdim edən, ancaq əsas işi dil pərgarlığı olan Osman Gündüzdür. Osman Gündüz özünü hazırda oda-közə vurur. Bir baxırsa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında hədyanlar səsləndirir, bir baxırsan Təhsil Nazirliyinin dəvəti ilə Müəllimlərin İşə Qəbulu ilə bağlı imtahan prosesinin müşahidəsində iştirak edir, bir də baxırsan ki, Təhsil nazirliyini hədəf alır. Osman Gündüz bu gün özünün facebook hesabında yazıb ki, “DİM və Təhsil Nazirliyi qarşısında piket keçirilə bilər”. Bunu kim keçirəcək, təşkilatçı kimlərdir bilinmir. Əslində aşağıda yazdığı cümlədə hər şey gün kimi aydın olur: “Güman ki bu məsələ müzakirə mövzusu olacaq”. Osman Gündüz bu cümlə ilə özünü ələ verib. Açıq-aydın görünür ki, onda heç bir informasiya yoxdur, belə bir şey də planlaşdırılmır. Bu Osman Gündüzün təxəyyülünün məhsuludur. Bu şəxs bir neçə gün öncə Təhsil nazirliyinin dəvəti ilə tədbirdə iştirak edir, sonrasa həmin qurumu vurur. Osman Gündüz təxəyyülünün məhsulu olan “piket”ə səbəb də tapıb. Səbəb kimi də bunu göstərir: “Bu il də daxil olmaqla 9 il müddətində İnformatika üzrə beynəlxalq olimpiadalardakı uğursuzluq. Cəmiyyətimizdə, təhsil sistemində, məktəblərdə və valideynlərdə informatikaya qarşı laqeyd münasibət”. Buna görə də, piket keçirərlər? Təxəyyül məhsul, amma bu qədər də yox! Osman Gündüz təxəyyülündə hazırlayıb, keçirəcəyi piketə tələb də tapıb. “İnformatikanın tədrisinə münasibəti dəyişmək, “İnformatika yoxsa Kimya” problemini həll etmək. Yəni, ali məktəblərin İT və Kompüter ixtisaslarını seçənlər üçün Kimyadan deyil, İnformatikadan imtahan salınsın”. Əslində Osman Gündüz yazdığı statusun sonunda özünü ələ verib. Həmin cümləni olduğu kimi təqdim edirik: “Beynəlxalq İnformatika Olimpiadasının bağlanış mərasimindən sonra maraqlı tərəflərin, adı çəkilən dövlət qurumlarının iştirakı ilə bu məsələnin müzakirəsi nəzərdə tutulur”. Maraqlı tərəf kimdir? Əgər belə ciddi məsələdirsə, niyə baölanışdan sonra müzakirə edirlər? Elə bağlanışda piket etsinlər ki, diqqət çəksin də. Təbii ki, Osman Gündüz tərəf deyəndə məhz özün nəzərdə tutur. Görünən odur ki, Osman Gündüz adında, işində “infor” sözü olan bütün qurumları dişinə vuracaq. Ağzınız şirin olsun!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here