Ev Dünya Meksikada qəza zamanı qvatemalalı 6 miqrant həlak olub

Meksikada qəza zamanı qvatemalalı 6 miqrant həlak olub

27

Meksikanın Çyapas ştatında miqrantları daşıyan avtomobil aşıb.

Trend-in məlumatına görə, baş verən qəza nəticəsində 6 qvatemalalı miqrant həlak olub, 4-ü uşaq olmaqla 11 miqrant isə xəsarət alıb.

Avtomobilin sürücüsü xəsarət alanları hadisə yerində qoyaraq qaçıb. Qəza yerinə gələn təcili tibbi yardım briqadaları xəsarət alanları xəstəxanaya çatıdırb, onlara ilkin tibbi yardım göstərilib.

Qvatemala vətəndaşları Meksikada olmalarının qanunluğuna dair sənəd təqdim edə bilməyiblər. Ehtimal olunur ki, onlar qeyri-leqal yolla ABŞ-a keçməyi planlaşdırırdılar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here