Ev Siyasət “İşsizlikdən sığorta üçün 14 milyon manat ayrılır” – Hadi Rəcəbli

“İşsizlikdən sığorta üçün 14 milyon manat ayrılır” – Hadi Rəcəbli

6
Xəbər verdiyimiz kimi, İşsizlikdən Sığorta Fondunun 2019-cu il üzrə büdcəsinin gəlir və xərcləri 15 milyon manat artırılır.
Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, İşsizlikdən Sığorta Fonduna yönəldilən 15 milyon manatın 14 milyon manatı işsizlikdən sığortaya, 1 milyon manatı isə təhsilə -peşə təhsilinin yaranmasına ayrılır.

Komitə sədri qeyd edib ki, bu artım Azərbaycanda 10 min insanın özünəməşğulluq ilə təmin olunmasına kömək edəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here