Ev Mədəniyyət İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb

İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb

6

Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış mərasimi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış “İmadəddin Nəsimi – 650” poçt markalarının nümayişi olub.

“Azərmarka”nın direktoru Leyla Güləliyeva  bildirib ki, buraxılış dahi şairin 650 illiyi münasibətilə 2 poçt markasından ibarət blok şəklində hazırlanıb. Blokun yuxarı hissəsindəki markada İmadəddin Nəsiminin silueti, aşağı hissədəki markada isə yazı lələyi təsvir edilib. Blokun ölçüsü 72×92 millimetr, markaların ölçüsü 51×36 millimetrdir. Dizayneri “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov olan markalar 10 min ədəd tirajla çap edilib. Həmçinin 400 ədəd birinci gün zərfləri də hazırlanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here