Ev İqtisadiyyat IFC Azərbaycanda CLARA alətini təqdim edəcək

IFC Azərbaycanda CLARA alətini təqdim edəcək

5

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda pul vəsaitlərinin axınına əsaslanan aqrar risklərin qiymətləndirilməsi alətini (CLARA) təqdim edəcək.

Bu barədə IFC-nin baş mütəxəssisi Leyla Hüseynova Bakıda keçirilən VI İnvestorlar Yarmarkasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, yeni alət Azərbaycanda kənd təsərrüfatı sahəsində risklərin azaldılmasına kömək edəcək.

L. Hüseynova qeyd edib ki, bu sahədə IFC Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ilə əməkdaşlıq etməyi planlaşdırır. Gələn həftə – oktyabrın 10-da təşkilat AMFA-ya daxil olan qurumlar üçün sözügedən alətin təqdimatını keçirmək niyyətindədir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here