Ana səhifə İqtisadiyyat “Bu illə müqayisədə 744 milyon artım olub”

“Bu illə müqayisədə 744 milyon artım olub”

10

“Büdcədə islahatlar davam etdirilir. Vergi siyasətinin həyata keçirilməsində dəyişikliklər nəzərdə tutulub”. Bu sözləri millət vəkili Zahid Oruc deyib.

O bildirib ki, qeyri-neft sektorunda muzdlu işləyənlərin vergitutma siyasətində gəlir vergisinin baza hissəsində dəyişilik edilir:

“Həmçinin sığorta ödənişləri ilə bağlı həm işəgötürən, həm də işəcəlbolunan qurumun ödənişləri ilə bağlı yeni təkliflər var. Bunun nəticəsində daxilolmalar azalacaq, lakin ən başlıca hədəf kölgə iqtisadiyyatının, ikili mühasibatlığın aradan qaldırılması, şəffaflığın təmin edilməsidir.

Sosial xərclər artırılıb, bu illə müqayisədə 744 milyon manat artım olub. Milli Elmlər Akademiyasının nəzdində olan magistr və doktorantların təqaüd məbləğlərinin artırılması də nəzərdə tutulub. Müdafiə və təhlükəsizliklə bağlı məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları və prokurorluğun saxlanması üçün 4 milyard 589 milyon manat vəsait ayrılıb, bu illə müqayisədə 4,5-4,6 faiz artım olub.

Bu isə bu büdcə sənədində artıq devalvasiyanın ağır nəticələrinin ortadan qalxdığı deməkdir”.

 

qafqazinfo

BIR CAVAB YAZIN

Please enter your comment!
Please enter your name here