Ana səhifə Hadisə “Bir-birini seviblər” – Əmisi gəlinini qaçırdığına görə öldürülən oğlanın atası – VİDEO

“Bir-birini seviblər” – Əmisi gəlinini qaçırdığına görə öldürülən oğlanın atası – VİDEO

13

“Kəndin mərkəzində oğlumu daşla, lomla, küt ələtlərlə vurub öldürüblər”.

Bu sözləri Quba rayonunun Tülər kəndində əmisi oğlunun arvadını qaçırdığı üçün döyülürək öldürülən Elşad Əsədovun atası deyib.

Onun sözlərinə görə, hadisə gecə saat 1-2 radələrində verib:

“Mənim səhər xəbərim oldu. Dedilər ki, qonşuluqda olan gəlinlə qoşulub qaçıb. Bir-birini seviblər, çıxıb gediblər. Sonra əmim nəvəsigil onları Bakıdan tapıb gətiriblər. Kəndin mərkəzində xeyli adam döyərək öldürüb.

Evli olması ilə bağlı deyilənlər yalandır. Oğlumun 25 yaşı var, subaydır”.

Qeyd edək ki, qətlə yetirilən Elşad Əsədov artıq dəfn olunub.

BIR CAVAB YAZIN

Please enter your comment!
Please enter your name here