Ev Sosial “Aylıq sosial ödənişlər 50 manat olacaq”

“Aylıq sosial ödənişlər 50 manat olacaq”

6

Ekspert aylıq sosial ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edir

Sentyabrdan etibarən aylıq sosial ödənişlərin 50 manata yüksələcəyi gözlənilir.

Bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, minimum əmək haqqı məbləğinin 250 manata çatdırılması ilə bağlı qərardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədə uyğundur:

“Sosial paketinin iqtisadi təsirlərini nəzərə alaraq sığorta haqqları ilə minimum əmək haqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var. Belə ki, minimum əmək haqqı məbləği artanda sosial ödənişləri də çoxalır. Fiziki şəxslər minimum əmək haqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda sentyabrdan etibarən aylıq ödənişlər 50 manata yüksələcək. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədə uyğun olardı. Beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu haqda əmək haqq artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here