Ev Siyasət AŞPA yəhudi mədəni irsinin qorunmasına dair qətnamə qəbul edib

AŞPA yəhudi mədəni irsinin qorunmasına dair qətnamə qəbul edib

2

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Yəhudi mədəni irsinin qorunması” mövzusunda sessiya iclası keçirilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sədrliyi ilə keçirilən sessiya iclasında yəhudi mədəni irsinin qorunmasına dair qətnamə qəbul edilib.

Qətnamədə təşkilata üzv dövlətlərə yəhudi mədəni irsinə məxsus tarixi yerlərin qorunmasını təmin etmək, məktəblər, universitetlər, muzeylər də daxil olmaqla, müxtəlif mədəni sahələrdə məlumatverici proqramların keçirilməsi barədə çağırış edilib.

S. Seyidov APA-ya bildirib ki, Azərbaycanda yəhudi mədəni irsi çox yüksək səviyyədə qorunur.

“Bu mövzu Azərbaycan üçün də vacibdir. Bu barədə bizim nümayəndə heyətinin üzvləri də çıxış etdilər. Biz fəxr edə bilərik ki, Azərbaycanda multikultiralizm var. Azərbaycanda yəhudi icması özünə heç bir təhlükə hiss etmir. Yəhudi icması Azərbaycan parlamentində təmsil olunur. Bu, böyük bir nailiyyətdir”, – deyə S. Seyidov vurğulayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here